Noyabr 19, 2008 tarixində,
sevincb tərəfindən,
Təbriklər bölməsində yazılib
Baxış sayı:2

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının kollektivinə
Əziz dostlar!
Sizi Milli Kitabxanamızın 85 illik yubileyi münasibətilə Sumqayıt şəhərinin mədəniyyət işçiləri adından təbrik edirik. Hörmətli Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə kitabxananın bir qrup əməkdaşının “Tərəqqi” medalı ilə təltif edilməsi və “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi bizi də sevindirdi. Bu münasibətlə də həmkarlarımızı səmimi qəlbdən təbrik edirik.Sizə mənəvi dəyərlərimizin, elm xəzinəsinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması naminə nəcib fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirik!
Dərin hörmətlə, Sumqayıt şəhər mədəniyyət
işçiləri adından idarənin rəisi N.N.Qaffarov
Noyabrın 17-də C.Cabbarlı adına Mədəniyyət evində Milli Dirçəliş Günü münasibətilə “Dirçəliş gününüz mübarək” adlı konsert proqramı təşkil edilmişdir. Konsertdə Mədəniyyət evinin “Bərgüşad” xalq calğı alətləri ansamblının, ansamblın solistləri Jalə Atakişiyevanın, Tural Ağayevin, “Şənlik” rəqs qrupunun üzvü Səbinə Güləliyevanın, “Dünya rəqsləri” qrupunun üzvü İlahə Bağırlının, “Dəli Kür” rok qrupunun və.s. çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.Tədbirin sonunda mədəniyyət evinin direktoru İlham Əhmədov özfəaliyyət kolletivlərinin bəzi üzvlərinə nümunəvi çıxışlarına görə fəxri fərmanlar təqdim etmişdir.
Noyabrın 15-də Şəhər Mədəniyyət Evində 17 noyabr Milli Dirçəliş Günü münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbirdə iştirak edən şair Asif Asiman iştirakçıları təbrik etmiş, yeni yazdığı şeirlərini ifa etmişdir. Bədii qiraət dərnəyinin üzvləri Gülbacı Abdullayevanın , Nigar Vəliyevanın, Nicat Vəliyevin və başqalarının ifasında səslənən M.Arazın, Z.Yaqubun, Ə. Veysəllinin, A.Asimanın vətənpərvərlik ruhunda yazdıqları şeirlər iştirakçılar tərəfindən maraqla dinlənilmiş və alqışlarla qarşılanmışdır
Şəhər kitabxanalarında 17 noyabr Milli Dirçəliş Günü münasibətilə “Milli Dirçəlişin 18 ili”, “Yolumuz haqq yoludur”, “Milli tərəqqiyə doğru”, “O xalqın kükrəyən qəzəbi idi”, “Yenidən dirçələn tariximiz”, “Milli şüurun oyanan günü”, “Zirvələrə yüksələn Azərbaycan”, “Meydandan başlanan yol”, “Qüdrətli dövlətçiliyə doğru”, “Millətin azadlıq haqqı”, “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram...”, “Ən böyük tarixi nailiyyətimiz”, və s. adda sərgilər təşkil edilmiş, biblioqrafik xülasələr verilmişdir.
Noyabr 14, 2008 tarixində,
sevincb tərəfindən,
sekiller bölməsində yazılib
Baxış sayı:2
Noyabr 14, 2008 tarixində,
sevincb tərəfindən,
sekiller bölməsində yazılib
Baxış sayı:3
Noyabr 14, 2008 tarixində,
sevincb tərəfindən,
sekiller bölməsində yazılib
Baxış sayı:2
Noyabrın 13-də Sumqayıt Dövlət Rəsm Qalereyasında Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi, Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə “The White Ravens” adlı Beynəlxalq uşaq-və gənclər kitab sərgisi təşkil edilmişdir. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Vaqif Əliyev və Almaniyanın ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri cənab Per Pristofer Stankina tədbir iştirakçılarını salamlayaraq ölkələrarası mədəni əlaqələrdən danışmış, bu cür sərgilərin təşkilinin bu əlaqələrin inkişafında mühüm rol oynadığını bildirmişlər. Həmçinin qeyd edilmişdir ki, bu sərginin təşkilində məqsəd uşaqlar üçün yazılmış, müxtəlif ölkələrin alman dilində nəşr olunmuş əsərlərini təbliğ etməkdir. Sərgidə 45 ölkənin 30 dildə 200-ə yaxın ədəbiyyatı nümayiş etdirilmişdir. Sərgi noyabr ayının 27-nə qədər davam edəcəkdir.
10 noyabr tarixində C.Cabbarlı adına mədəniyyət evi 8 saylı orta məktəbdə konstitusiya gününə həsr olunmuş“Qanun müqəddəsdir” adlı disput keçirmişdir. Öncə mədəniyyət evinin metodisti Aynur Hacıyeva tədbiri açıq elan etdi.Şagirdləri salamlayaraq konstitusiya günü ilə bağlı qısa məlumat verdi. Sonra məktəbin tarix müəllimlərinə söz verildi.Sadıqova Arzu Republikamızın müstəqillik tarixindən ətraflı söhbət açdı. Daha sonra Cavadova Firəngiz milli kostitusiyanın mahiyyətindən,onun tarixindın və dövlət əhəmiyyətindən geniş şəkildə söhbət açdı.Sonda şagirdləri maraqlqndıran suallar cavablandırıldı.
8-9 noyabr tarixində Şəki şəhərində keçirilən M. Müşfiqin 100 illiyinə həsr olunmuş “Deyilən söz yadigardır” III Ümumrespublika bədii qiraət müsabiqəsində C.Cabbarlı adına mədəniyyət evinin bədii rəhbəri Həsənova Sona Əli qızı uğurla çıxış edərək III mükafata və diploma layiq görülmüşdür.